Qəzzada sülh sevinci - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzzada sülh sevinci - FOTO

Qafar Ağayev09:48 - 10 / 10 / 2025
Qəzzada sülh sevinci - FOTO

Qəzza Zolağında İsraillə HƏMAS arasında iki ildir davam edən müharibəni dayandıracaq razılaşma sevinclə qarşılanıb.

1news.az xəbər verir ki, lakin fələstinlilər atəşkəsin real sülhə çevrilib-çevrilməyəcəyinə hələ də əmin deyillər.

Lakin fələstinlilər atəşkəsin real sülhə çevrilib-çevrilməyəcəyinə hələ də əmin deyillər.

Reuters-ə danışan Xalid Şaat bunu “fələstinlilər üçün tarixi an” adlandırıb. CNN-in paylaşdığı video reportajda Qəzzalı azyaşlı qız isə “İki ildir müharibədəyik, artıq çox yorulmuşuq. Evimə qayıdacağım üçün xoşbəxtəm” deyib.

İsrail ordusu Qəzzədən mərhələli şəkildə çıxmağa başlasa da, hücumlarını davam etdirib. Qəzza Zolağı Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda İsrailin hücumlarında azı 10 fələstinli həlak olub, 49 nəfər yaralanıb.

Atəşkəs İsraildə də sevinclə qarşılanıb. Tel-Əvivdə minlərlə insan Amerika bayraqları ilə “Girovlar Meydanı”nda toplaşaraq mahnılar oxuyub. Keçmiş girov Eliya Kohen “Girovlar İsrailə qayıdana qədər ehtiyatlı olmalıyıq”, – deyə bildirib.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər