Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Qafar Ağayev11:24 - 23 / 10 / 2025
Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər