Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb

14:22 - Bu gün
Bakıda xadimə çalışdığı evdən 50 min manatlıq qızıl oğurlayıb

Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub.

İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər