Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

11:29 - 25 / 11 / 2025
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

1news.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır.

Paylaş:
421

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

20 / 06 / 2026, 13:40
Bütün xəbərlər