Bakı İstintaq Təcridxanasında amnistiya aktının icrası həyata keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı İstintaq Təcridxanasında amnistiya aktının icrası həyata keçirilib - FOTO

Qafar Ağayev13:59 - Bu gün
Bakı İstintaq Təcridxanasında amnistiya aktının icrası həyata keçirilib - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında da həyata keçirilib.

1news.az xəbər verir ki, amnistiya aktının şamil olunduğu 12 nəfər bu gün təcridxanadan azadlığa buraxılıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiqi təxminən 8 min məhkumu əhatə edir. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, təxminən 3 min məhkumun cəzasının 6 ay azaldılması planlaşdırılır.

Bildirilib ki, amnistiya aktı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə də geniş əhatə dairəsinə malikdir. İlkin siyahıya əsasən, ümumilikdə 10 mindən artıq şəxs amnistiya aktından yararlana biləcək. Qərara əsasən, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində mühüm və genişmiqyaslı təsirini göstərir.

Ədliyyə Nazirliyi tərəfindən amnistiya aktının icrası müvafiq bəndlərə uyğun olaraq mərhələli şəkildə və gecikmələrə yol verilmədən həyata keçiriləcək.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər