4 saylı Cəzaçəkmə Müəssisəsində amnistiya icra olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

4 saylı Cəzaçəkmə Müəssisəsində amnistiya icra olunub - FOTO

Qafar Ağayev11:53 - Bu gün
4 saylı Cəzaçəkmə Müəssisəsində amnistiya icra olunub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

1news.az xəbər verir ki, amnistiya aktı şamil olunan şəxslərə arayışları Ombudsman Səbinə Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ədliyyə Nazirliyi yamlnda ictimai şuranın üzvü Çingiz Qənizadə, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə təqdim edib.

Bidlirilib ki, bu gün cəzaçəkmə müəssisəsində bu gün amnistiya aktı 22 qadın məhbusa şamil edilir. Onlardan 2-si azyaşlı övladı ilə birlikdə cəza çəkən qadın məhkumlardır.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov deyib ki, Prezident İlham Əliyevin bu təşəbbüsü bir çox ailəyə sevinc gətirəcək .

“Bundan əvvəlki amnistiya aktı 8 noyabr Zəfər günü ilə bağlı olmuşdu. Həmin amnistiya aktı 17 min şəxsə şamil olunub. Sayca 13-cü olan bu amnistiya aktı 20 mindən çox şəxsə şamil ediləcək. Buna görə cənab Prezidentə təşəkkür edirik”.

O bildirib ki, amnistiya aktı Penitensiar Xidmət tərəfindən Mütəşəkkil və operativ şəkildə icra olunacaq.

Sonda azadlığa çıxanlara arayışları təqdim olunub.

Qeyd edək ki, amnistiyanın 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər