Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində amnistiya icra olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində amnistiya icra olunub - FOTO

Qafar Ağayev12:30 - Bu gün
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində amnistiya icra olunub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində(Kompleks) icra olunub.

1news.az xəbər verir ki, amnistiya aktı şamil olunan şəxslərə arayışları Ombudsman Səbinə Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ədliyyə Nazirliyi yamlnda ictimai şuranın üzvü Çingiz Qənizadə, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə təqdim edib.
Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva deyib ki, bu amnistiya aktının əhatəsi əvvəlkilərlə müqayisədə daha genişdir.
“Azadlığa qovuşan yeniyetmələri və onların ailələrini təbrik edirəm. Azadlığa çıxmağınız cənab Prezident tərəfindən sizə verilmiş bir şansdır. İnanırıq ki, siz ölkəmizə üçün layiqli vətəndaş olacaqsınız”.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər