Fuad Xəlilov: İçərişəhərdə videoçəkilişlərlə bağlı yeni qaydalar müəyyənləşdirilib
İçərişəhərdə videoçəkilişlərlə bağlı yeni qaydalar müəyyənləşdirilib.
1news.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Fuad Xəlilov məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd İçərişəhər ərazisində aparılan çəkilişlərə nəzarətin təmin edilməsidir:
“Biz İçərişəhərdə çəkilişlərin aparılmasının tərəfdarıyıq. Lakin bu proses mütləq nizamlı şəkildə həyata keçirilməlidir. Əgər hər hansı bloqer və ya şəxs təşəbbüs göstərərək burada çəkiliş aparmaq istəyirsə, biz buna açığıq. Ancaq ağır texnika və ya xüsusi vasitələrdən istifadə nəzərdə tutulursa, bu məsələ əvvəlcədən araşdırılmalı və uyğun şərait yaradılmalıdır”.
56








