Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Qafar Ağayev14:30 - Bu gün
Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.

Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər