Sumqayıtda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib

Qafar Ağayev16:33 - 25 / 12 / 2025
Sumqayıtda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər