Astarada 51 yaşlı kişi iş başında ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 51 yaşlı kişi iş başında ölüb

16:12 - Bu gün
Astarada 51 yaşlı kişi iş başında ölüb

Astarada kişi bədbəxt hadisə nəticəsində ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib. Ətrafdakıların köməyi ilə o, Astara rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər