Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

16:11 - Bu gün
Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində dekabrın 30-u saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 m/s-dək güclənir.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər