Keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Qafar Ağayev17:18 - Bu gün
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda keçmiş iş yerindən 6 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6 min manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər