Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb. | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb.

17:49 - Bu gün
Neftçalanın sabiq icra başçısı azadlığa buraxılıb.

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

Paylaş:
181

Son xəbərlər

Bütün xəbərlər