Anar Quliyev Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Quliyev Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Qafar Ağayev10:50 - Bu gün
Anar Quliyev Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüşüb.

Bu barədə 1news.az-a Komitənin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Anar Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə göstərdiyi qardaş dəstəyin yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. O bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindən biridir və gələcəkdə Qırğızıstanla birgə layihələrin daha da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda Komitə sədri Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə dəvət edib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər