Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var

15:15 - Bu gün
Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər