10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - VİDEO

13:43 - Bu gün
10 yaşlı Sərxan həmin vaxt hədiyyəsinə baxırmış... - VİDEO

Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

1news.az xəbər verir ki, ağır yaralanan uşağın fotosunu paylaşan bloqer Saleh Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb.

Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

“Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vuranlardan - sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin “Mercedes ML” markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O, səkidə dayanıb hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib”, - deyə S.Nəsirov yazıb.

Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub.

Baş vermiş hadisə, xüsusilə “Mercedes”in sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.

Hadisə anının görüntülərini təqdim edirik:

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər