İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verib

Qafar Ağayev10:05 - Bu gün
İlham Əliyev İsveçrə dövlət başçısına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər