Binəqədidə hamamda yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə hamamda yanğın olub - VİDEO

Qafar Ağayev13:30 - 03 / 01 / 2026
Binəqədidə hamamda yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş:
328

Son xəbərlər

Gəncədə 3 ev yanıb - FOTO

03 / 01 / 2026, 09:31
Bütün xəbərlər