DİN: Ötən 22 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən 22 cinayətin üstü açılıb

Qafar Ağayev09:51 - Bu gün
DİN: Ötən 22 cinayətin üstü açılıb

Yanvarın 2-də ölkə ərazisində polis əməkdaşları tərəfindən bir sıra cinayətlərin açılması və hüquqpozmaların qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, həmin gün qeydə alınan 21, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 2 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:
153

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25
Bütün xəbərlər