Yoluxucu xəstəliklərə görə bəzi ölkələrə tətbiq olunan məhdudiyyətlər ləğv edilib – AQTA
Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstin Dövlətinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
1news.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.












