Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub

Qafar Ağayev14:30 - 05 / 01 / 2026
Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub

Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2026-cı il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər