Azərbaycanda son iki gündə 48 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son iki gündə 48 cinayətin üstü açılıb

Qafar Ağayev10:17 - 05 / 01 / 2026
Azərbaycanda son iki gündə 48 cinayətin üstü açılıb

Yanvarın 3–4-də ölkə ərazisində qeydə alınan 43, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olduqlarına görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotik vasitələrlə əlaqəli 13 fakt, eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər