Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 13 müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 13 müraciət olub

Qafar Ağayev10:25 - 05 / 01 / 2026
Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 13 müraciət olub

Bayram günlərində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 13 müraciət daxil olub.

1news.az xəbər verir ki, bayram tətili günlərində — 31 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmə səbəbləri ilə 13 nəfər müraciət edib.

Məlumata görə, müraciət edənlərdən 4 nəfər dərman preparatlarından, 1 nəfər siçan dərmanından (rodensit), 1 nəfər dəm qazından, 1 nəfər yandırıcı məhluldan, 6 nəfər isə sirkə turşusundan zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd olunub ki, faktlar üzrə ölüm halı qeydə alınmayıb.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər