Cəlilabadda 36 yaşlı məmurun meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda 36 yaşlı məmurun meyiti tapıldı

10:33 - 05 / 01 / 2026
Cəlilabadda 36 yaşlı məmurun meyiti tapıldı

Cəlilabad rayonunda evdən kişi meyiti tapılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti ötən gün şəhər ərazisində qardaşına məxsus evdə aşkar edilib.

Qeyd edək ki, Z.Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini imiş.

Onun həyatına qəsd etdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər