Gürcüstan daha 13 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstan daha 13 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var

15:30 - 06 / 01 / 2026
Gürcüstan daha 13 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var

Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 13 əcnəbini deportasiya edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Türkmənistan, İran, Kuba, Türkiyə və Tailand vətəndaşlarıdır.

Ümumilikdə son bir il ərzində ölkədən 1311 qanunsuz miqrantın çıxarıldığı vurğulanıb. Mövcud qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər 2025-ci il oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, bu ölkədə yaşama müddətini aşan əcnəbilər 1000 ilə 3000 lari arasında (təqribən 630 AZN-dən 1890 AZN-dək) cərimələnir. Cərimə isə onların Gürcüstanda qanunsuz qalma müddətindən asılı olaraq dəyişir.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər