Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib

Qafar Ağayev16:55 - 06 / 01 / 2026
Elmar Allahverdiyev respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Elmar Allahverdiyev Agentliyin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.

1news.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. Milli tərəvəz, kartof sortlarının, onların genbankının yaradılması, müasir aqrotexnologiyaların tətbiqi üzrə bir sıra işlərin həyata keçirilməsinə rəhbərlik edib.
O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb.
E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb. İnstitutda müasir laboratoriya, seleksiya və toxumçuluq sisteminin yaradılmasına rəhbərlik edib.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər