Məktəbliləri yanvarın sonunda 5 gün tətil gözləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbliləri yanvarın sonunda 5 gün tətil gözləyir

Qafar Ağayev10:08 - 06 / 01 / 2026
Məktəbliləri yanvarın sonunda 5 gün tətil gözləyir

Orta ümumtəhsil məktəblərində beş gün müddətində dərs olmayacaq.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, qış tətili məktəblilər üçün ənənəvi olaraq yanvar ayının son həftəsinə planlaşdırılıb. 2025–2026-cı tədris ilində qış tətili yanvarın 27-dən 31-dək davam edəcək. Tətil günlərindən sonra fevralın 1-i bazar gününə təsadüf etdiyinə görə, şagirdlər dərslərə fevralın 2-də qayıdacaqlar.

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər