Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda

14:54 - 07 / 01 / 2026
Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda

30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.

Qərarda qeyd edilib ki, Sənan Mehdiyev Amnistiya aktı şamil edilməklə cəzadan tam azad olunub.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il azadlıqdan məhrum edilmişdi.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər