Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq

17:37 - 08 / 01 / 2026
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq

Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.

1news.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.

Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər