Paytaxtda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində yeni işıqforlar quraşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində yeni işıqforlar quraşdırılıb

17:42 - 09 / 01 / 2026
Paytaxtda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində yeni işıqforlar quraşdırılıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yenisi ilə əvəzlənməsi işləri davam etdirilir.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, bu məqsədlə Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsində olan köhnə nəqliyyat və piyada işıqforları yenilənib, dublyor işıqforlar quraşdırılıb.

Bununla yanaşı, kəsişmədə daha hündür “L” və "A" tipli dirəklərin quraşdırılması ilə işıqforların görünmə dairəsi genişləndirilib.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər