Bakıda avtomobil yanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil yanıb - VİDEO

10:31 - 09 / 01 / 2026
Bakıda avtomobil yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər