Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

12:33 - 09 / 01 / 2026
Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər