Ötən gün polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlanıb

Qafar Ağayev16:27 - 10 / 01 / 2026
Ötən gün polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlanıb

Ötən gün polis əməkdaşları tərəfindən 20 tüfəng, 8 mindən çox patron aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 9-da polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 tapança, 13 qumbara, 2 pulemyot, 20 tüfəng, 23 patron darağı və 8518 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər