“Qaçqınkom” “Qobu Park”da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qaçqınkom” “Qobu Park”da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qafar Ağayev17:04 - 10 / 01 / 2026
“Qaçqınkom” “Qobu Park”da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildirib.

övlət Komitəsindən 1news.az-a verilən xəbərə görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür", - qeyd olunub.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər