Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanuna düzəliş edilib
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev qərar verib.
1news.az xəbər verir ki, Prezident İlham Əliyevin qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” hissəsinin altıncı abzası ləğv edilsin.
Qərara əsasən Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli Qanunundan irəli gələn məsələləri həll etsinlər.










