FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Qafar Ağayev10:48 - Bu gün
FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə 2026-cı il ərzində texniki baxış keçirəcək.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, texniki baxış Şimal regionunda, Muğan regionunda, Cənub regionunda, Daxili su hövzələrində, həmçinin Bakı şəhəri və Abşeron rayonunda, Ələt-Bibiheybət, Zığ-Pirallahı, Şüvəlan-Nardaran və Görədil-Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətlərində ayın müavfiq günlərində həyata keçiriləcək.

Qeyd edilib ki, texniki baxışın keçiriləcəyi günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə, həmçinin çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər