Azərbaycanda orta aylıq pensiya artıb
Azərbaycanda orta aylıq pensiya artıb.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Fondun xərcləri əvvəlki illə müqayisədə 9% və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil edib.
DSMF sədri qeyd edib ki, pensiyaların artım dinamikası cari ildə də davam edəcək:
“Ötən il orta aylıq pensiya daha 9% artaraq 543 manata çatıb. O cümlədən yaşa görə orta aylıq pensiya 578 manata yüksəldilib”, – deyə qurum rəhbəri vurğulayıb.
Faiqə Məmmədova
74












