Zəka Mirzəyev: Azərbaycanda pensiyaların orta səviyyəsi beynəlxalq standartlara uyğundur
“2025-ci ildə Azərbaycanda pensiyaçılarının sayı 1 milyon 98 min nəfər təşkil edib”.
1news.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Fond sədri qeyd edib ki, pensiyaların ödənilməsinə xərclər 7,1 milyard manat olub:
“Orta pensiya əməkhaqqının 49,9%-ni, yaşa görə orta pensiya isə 53,2%-ni təşkil edir. Bu göstəricilər beynəlxalq təşkilatlar tərəfindən tövsiyə olunan 40–60% həddinə tam uyğundur”, – deyə Zəka Mirzəyev bildirib.
Faiqə Məmmədova
78












