ASCO-da sədr dəyişdi: Rauf Vəliyevin yerinə Əfqan Cəlilov təyin olundu - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

ASCO-da sədr dəyişdi: Rauf Vəliyevin yerinə Əfqan Cəlilov təyin olundu - SƏRƏNCAM

17:07 - Bu gün
ASCO-da sədr dəyişdi: Rauf Vəliyevin yerinə Əfqan Cəlilov təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

1news.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.

O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin İH sədri Əfqan Cəlilov vəzifəsində işləyib.

Paylaş:
169

Son xəbərlər

Bütün xəbərlər