Buzlu yollarda yıxılıb travmatologiyaya üz tutanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzlu yollarda yıxılıb travmatologiyaya üz tutanların sayı açıqlandı

Qafar Ağayev09:35 - Bu gün
Buzlu yollarda yıxılıb travmatologiyaya üz tutanların sayı açıqlandı

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan 1news.az-a verilən məlumata görə, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər