Rəşad Məcid: Azərbaycanın uğurlarına yönələn saxta xəbərlərə qarşı müvafiq addımlar atılır
“Dezinformasiya milli təhlükə kimi qiymətləndirilir”.
1news.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.
O, deyib ki, saxta xəbərlər yayan media subyektlərində son vaxtlar təlaş müşahidə olunur və dezinformasiya milli təhlükəsizlik baxımından ciddi təhdid təşkil edir.
R.Məcid qeyd edib ki, bəzi şəxslər qəsdən saxta məlumatlar yayır, bəzən isə xəbərlər bilməyərəkdən, savadsızlıqdan yayılır.
Onun sözlərinə görə, bu problemin həlli əsasən media savadlığının artırılması ilə mümkündür:
“İnsanlar sosial mediada tüğyan edən yalanlara qarşı durmaq üçün media savadlılığına malik olmalıdır”.
R.Məcid həmçinin vurğulayıb ki, vətəndaşlar fəallıq göstərərək dezinformasiyaya qarşı mövqeyini ortaya qoymalıdır və Azərbaycanın uğurlarına yönələn saxta xəbərlərə qarşı müvafiq addımlar atılır.












