Xətai rayonunda soyğunçuluq edən iki nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətai rayonunda soyğunçuluq edən iki nəfər saxlanılıb

14:54 - Bu gün
Xətai rayonunda soyğunçuluq edən iki nəfər saxlanılıb

Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

Bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar.

Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Araşdırma aparılır.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər