Şamaxıda iki zəlzələ qeydə alınıb - YENİLƏNİB
Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Şamaxıda ikinci zəlzələ qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.
Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.
***
16:20
Azərbaycanda hissedilən zəlzələ olub.
Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.
Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib.
13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.












