Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

10:08 - Bu gün
Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə 1news.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağatevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər