Bərdədə gizlədilən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə gizlədilən silah-sursat tapılıb

Qafar Ağayev13:33 - Bu gün
Bərdədə gizlədilən silah-sursat tapılıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yolun üzərindəki körpünün yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər