Neftçalada “Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Neftçala rayonunun Xol Qarabucaq kəndində fiziki şəxs Sakit Həmid oğlu Tağıyevə məxsus “Sahib” şadlıq evində keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.
Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib, sahibi barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.





70












