Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Qafar Ağayev12:13 - Bu gün
Polis əməkdaşları qarlı havada gücləndirilmiş rejimdə xidmət aparır - FOTO

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür, fasiləsiz xidmət təmin edilir.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ölkəboyu şəhər və rayonlarda, eləcə də avtomobil yollarında xidmət gücləndirilmiş rejimdə təşkil olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması üçün bütün zəruri tədbirlər görülür.

Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlara operativ reaksiya verilir, vətəndaşlara lazımi köməkliklər göstərilir.

Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər