Səudiyyə Ərəbistanı Azərbaycanda hava limanının İran PUA-ları ilə hədəf alınmasını qınayıb | 1news.az | Xəbərlər
Siyasət

Səudiyyə Ərəbistanı Azərbaycanda hava limanının İran PUA-ları ilə hədəf alınmasını qınayıb

15:18 - Bu gün
Səudiyyə Ərəbistanı Azərbaycanda hava limanının İran PUA-ları ilə hədəf alınmasını qınayıb

Səudiyyə Ərəbistanı İranın Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları pisləyib

1news.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb.

Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir.

Bəyanatda, həmçinin qeyd olunur ki, krallıq hökuməti və xalqı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb. Həmçinin regionda eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərilən səylər yüksək qiymətləndirilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər