İndiyədək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

İndiyədək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı

Qafar Ağayev10:59 - Bu gün
İndiyədək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, fevralın 28-i saat 08:00-dan martın 10-u saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2097 nəfər təxliyə edilib.

Belə ki, 620 Çin, 365 Azərbaycan, 292 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 29 İran, 26 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Böyük Britaniya, 8 Braziliya, 8 Qazaxıstan, 8 Kanada, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstraliya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 İsveç, 2 ABŞ, 2 Sloveniya, 2 Kipr vətəndaşı texliyə edilib.

Eyni zamanda, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Avstraliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər